
XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Qafqazın ışğalından sonra təxminən iki əsr ərzində bu ərazilərdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli məşəqqət və faciələrə məruz qalmışdır. Mərhələ-mərhələ həyata keçirilmiş belə tədbirlər nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu yaşadıqarı öz doğma torpaqlarından qovularaq kütləvi qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılmışdır. SSRİ Nazirlər Sovetinin İ. Stalin tərəfindən imzalanmış 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarlara xalqımıza qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Göstərilən qərarlar əsasında 1948-1953-cü illərdə yüz mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından könüllülük adı ilə kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insanlar, o cümlədən qocalar və uşaqlar ağır köçürmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fizik sarsıntılara və mənəvi genosidə dözməyərək məhv olmuşlar. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən nəşrə hazırlanan "Azəebaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)" adlı topludakı sənədlər o dövrdə xaqlımızın başına gətirilmiş müsibətləri əyani şəkildə əks etdirilir.
Page Count:
782
Publication Date:
2013-01-01
ISBN-10:
9952460228
ISBN-13:
9789952460223
No comments yet. Be the first to share your thoughts!